Müxalifətimizin seçkiqabağı siyasi "təlim-məşq" toplantıları mənə tələbəlik illərində boksla məşğul olduğum "Ehtiyat əmək qüvvələri idman cəmiyyətinin" boks zalını xatırladır. Yığışırlar, komanda kimi məşqə başlamaq qərarı alırlar və başlayırlar kölgə döyüşünə (boksla məşğul olmağa başlayanların ən bezikdirici məşğuliyyəti kölgə döyüşüdür. Zərbələrin düz və sərrast olması üçün illərlə boksçular havanı yumruqlayırlar). Nizam-intizamsız, hərə bir tərəfdə özünü əsfanəvi Məhəmməd Əlinin yerində hiss edərək başlayır yumruq atmağa. Amma birincilik, "siyasi mübarizənin" sirlərinə daha dərindən yiyələnmək həvəsi müxalifləri o qədər vəcdə gətirir ki, arada yumruqları bir-birinə dəyir, kölgə yerinə bir-birlərini döyəcləyirlər.Mat vəziyyətinə düşməsinə 1-2 gediş qalmış müxalifətin "qalaqurma" planı baş tutmur ki, tutmur