Şəkidə Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkar edilib - VİDEO
22 Avqust 2013 11:24
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası tərəfindən Şəki rayonunun Fazil kəndi ərazisində yerləşən Yoncalı yaşayış yeri və nekropolunda təqribən 5-6 hektar ərazidə arxeoloji qazıntılar aparılıb.
Nəticədə isə Yoncalı nekropolunda 2 bütöv və 2 yarımçıq qəbir müəyyən edilib. Qazıntılar nəticəsində Qafqazda yaşayan antik dövr Albaniyasının tarixini izləmək mümkün olub. Müəyyən edilib ki, nekropolun yuxarı hissəsi tamamilə qəbristanlıqdır. Bu qəbristanlığın tarixi isə Xocalı-Gədəbəy mədəniyyəti dövrü ilə oxşarlıq təşkil edir. Bu keramika və qabların üzərinə vurulan naxışlar ondan xəbər verir ki, bu abidə e.ə. 9-cu əsrin əvvəllərindən 6-ci əsrin axırlarına qədər qəbristanlıq kimi istifadə olunub.
Qeyd edək ki, Fazil kəndinin ətrafı və Fazil kəndi də daxil olmaqla bu ərazidə 5 arxeoloji abidə mövcuddur. Tarixi abidələr Mədəniyyət və Turizm Nazirliyində 2002-ci ildən qeydiyyatdadır və mühafizə olunur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
