Prezident İlham Əliyev Malinin yeni seçilmiş dövlət başçısını təbrik edib
21 Avqust 2013 18:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mali Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Keyta,
Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Milli.Az