Qadınlar gözəl və baxımlı görünmək üçün, demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. Bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır. Tələbat çox olduğu üçün kosmetika bu gün ən gəlirli sahələrdən hesab olunur. Bu konteksdə brend kosmetik vasitələri saxtalaşdıraraq ucuz qiymətə satanlar insanların sağlamlığı ilə oynamağa davam edirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsullar satılır.Ucuz olması ilə xanımları cəlb edən saxta kosmetik vasitələr "bahalı" xəstəliklərə səbəb olur