Əksər insanlar yatarkən gördükləri qeyri-adi yuxulardan qorxuya düşürlər. Gün ərzində baş verən hadisələr, yaxud illər əvvəl yaşanılan hər hansı bir travmanın izləri, gecə-gündüz düşündüyümüz problemlər, məsələlər adətən gecə yuxusunda da yaxamızı buraxmır. Nəticədə yorğun və narahat keçən gecənin sabahısı insan yorğun, əzgin, kefsiz oyanır. Gecə qorxuları insanlarda zaman-zaman get-gəlli olur, kimisində isə ardı-arası kəsilmir. Yaşlılar belə qorxuları edilən cadu, qarğışlara bağlasalar da, cavanlar üçün daim görülən qorxulu yuxuların səbəbi psixoloji pozğunluq və yorğunluqdur.Yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir