Bu ekran işi ən bahalı kliplər sırasındadır.
Milli.Az xəbər verir ki, klipmeyker Nail Naiboğlunun yekunlaşdırdığı yeni erotik görüntülərdən ibarət klipi hazırdır.
Ekran işi gənc rep ifaçısı N Lee-nin ifa etdiyi "No love" adlı qlamur əhvali-ruhiyyəli mahnıya çəkilib.
N.Naiboğlu açıqlamasında bildirib ki, klip Bakı küçələrində və pavilyonda lentə alınıb.
İki model xanımın da çəkildiyi klipdə bir sıra açıq-saçıq səhnələr də yer alıb.
Klipin büdcəsini açıqlamayan rejissor bildirib ki, o, ən bahalı kliplər sırasındadır.
Klipmeyker ilk dəfə rep janrında olan mahnıya klip çəkdiyini və bu klipin təqdimatının "N Lee & N.N with friends" adlı şou zamanı sentyabrda baş tutacağını deyib.
Qeyd edək ki, klipin prodüseri Pərviz Oqtayoğlu və operatoru Samir Həsənovdur.
Şahin Cavadsoy
Milli.Az


