"FAR Rabat" və "Mahqreb Fez" klubları arasında keçirilən qarşılaşmada 11 metrlik cərimə zərbəsi təyin edilib. "Mahqreb" oyunçusunun vurduğu penalti zərbəsini "Rabat"ın qapıçısı Xalid Askri dəf edib və azarkeşlərə doğru qaçıb. Amma onun sevinci çox qısa olub. Qapıçının qaytardığı, amma uzaqlaşdırmadığı top diyirlənərək boş qapıdan keçib.