Canlı hüceyrələrdən mükəmməl kompüter
21 Avqust 2013 23:00
Stenford Universitetinin biomühəndisləri "transkriptor"un - elektrona analoji olaraq təsir edən genetik tranzistorun ixtirasını elan ediblər.
Alimlərin bildirdiklərinə görə, bu yolla canlı hüceyrələrdən mükəmməl kompüterin yaradılması üçün sonuncu çatışmayan qurucu blok yaradılıb.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqatçılar iddia edirlər ki, biotranzistor ikiqat məntiqi əməliyyatları yenidən istehsal edir.
Transkriptorda elektronlar axını rolunu DNT zəncirində yerini dəyişən RNT-polimeraz fermenti yerinə yetirir.
RNT-nin əsas rolu hüceyrələrə sızmış prosesləri idarə etmək üçün DNT təlimatlarının ötürülməsindən ibarətdir.
Stenford alimləri bildirirlər ki, hazırda bitkilərin hüceyrələrini tənzimləyicilərə çevirmək və hətta xərçəng hüceyrələrində bölünmənin dayandırılmasını əmr vermək mümkündür.
Milli.Az