Çempionlar Liqası: Qazaxıstan və Rusiya təmsilçilərindən qələbə - VİDEO

21 Avqust 2013 09:08
Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Karaqandanın "Şaxtyor"u "Celtic"i 2 cavabsız qolla məğlub yola salıb. "Olympique" (Lion) "Real Sociedad"la ev oyununda məğlub olub. "Pacos de Ferreira"nın qonağı olan "Zenit" darmadağına imza atıb. PSV-nin qonağı olan "Milan" isə ilk oyununda büdrəyib. "Viktoria" da "Maribor" üzərində qələbəyə sevinib.

İkinci oyun günündə Türkiyə təmsilçisi "Fenerbahçe"nin "Arsenal"la oyunu maraqla gözlənilir. Bundan əlavə Zaqreb "Dinamo"su "Austria", "Ludogorets" "Basel"lə, "Schalke" PAOK-la, "Steaua" "Legia" ilə qarşılaşacaq.
 
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust
 
Şaxtyor (Karaqandi, Qazaxıstan) - Celtic (Şotlandiya) - 2:0
Qollar: Finonçenko, 12, Xijniçenko, 77.

Olympique (Lion, Fransa) - Real Sociedad (İspaniya) - 0:2
Qollar: Qriezman, 17, Seferoviç, 50.
 
Pacos de Ferreira (Portuqaliya) - Zenit (Rusiya) - 1:4
Qollar: Leao, 58 - Şirokov, 17; 60; 90, Deqra, 85-öz qapısına.
 
PSV (Hollandiya) - Milan (İtaliya) - 1:1
Qollar: Matavs, 60 - El Şaravi, 15.
 
Viktoria (Çexiya) - Maribor (Sloveniya) - 3:1
Qollar: Çisovski, 8, Darida, 58, Duris, 90 - Meyaç, 66.
 
21 avqust

23:45. Dinamo (Zaqreb, Xorvatiya) - Austria (Avstriya)
23:45. Fenerbahçe (Türkiyə) - Arsenal (İngiltərə)
23:45. Ludogorets (Bolqarıstan) - Basel (İsveçrə)
23:45. Schalke (Almaniya) - PAOK (Yunanıstan)
23:45. Steaua (Rumıniya) - Legia (Polşa)

Milli.Az



Videoları izləmək üçün şəkillərə klikləyin.