Cadillac-dan sürpriz - Elmiraj Concept - FOTO

20 Avqust 2013 22:29
Cadillac-ın builki sürprizi Elmiraj Concept oldu. Avtomobil 1967 Eldorado-dan izlər daşıyır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, heybətli COUPEE diqqət çəkən xarici məkan detalları arasında havalanan kapot, şaquli işıqlandırma modulları, 22-düym alüminium disklər və karbon keramika əyləc diskləri əldə edib.

Yüksək performanslı oturacaqlar, dəvə dərisindən döşəmələr, görünüş və tonuna görə ən qiymətli ağac növlərindən biri olaraq qəbul edilən braziliya gül ağacından (Brazilian ROSEWOOD) istifadə edilib. Orta konsolda 10 düym sensor ekranlı informasiya-əyləncə sistemi yerləşdirilib. Konseptdə ekran üstünə oturan şəffaf dövr saatı və sürət göstəricisi olan yüksək texnologiyalı bir göstərici paneli də vardır.

Digər tərəfdən arxa kreslolara girişi asanlaşdırmaq üçün işlənib hazırlanmış yeni sistemli qabaq oturacağı 10 düym qabağa, arxa oturacaq isə 4 düym qabağa çəkilərək rahatlıq təmin edilir. Sərnişin oturduqda kreslo mövqeləri əvvəlki mövqelərinə geri dönür.

Cadillac şirkəti avtomobilin texniki xüsusiyyətlərini gizləməyə davam edir, ancaq kapotun altında təxminən 500 at gücü və 678 Nm fırlanma anı hasil edən 4.5-litrlik twin-turbo V8 mühərriki vəzifə yerinə yetirdiyi iddia edilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.