Porsche Panamera-dan geniş Executive - FOTO

21 Avqust 2013 23:22
Porsche-nin bütün dünyada böyük maraq görən dördqapılı Panamera ailəsi Executive modeliylə daha da genişləndi. Panamera ailəsi 15 santimetr daha uzun ox məsafəsi, daha geniş arxa oturma sahəsi və daha yaxşı sürüş rahatlığı təqdim edir.

Milli.Az 4charx.com-a keçdiyimiz günlərdə satışa təqdim edilən Panamera Turbo Executive və Panamera 4S Executive modellərində digər Panamera modellərinə görə 15 santimetr daha uzun ox məsafəsi var. Bu da arxa kreslolarda daha geniş bir oturma sahəsi yaradır. Daha uzun B sütunu və pəncərələr isə səfəri daha komfortlu hala gətirir. İki Executive modeldə də standart olaraq gələn Porsche Aktiv Stop Management (PASM) daha komfortlu bir sürüş vəd edir.

3.0 litrlik V6 mühərrikə sahib Panamera 4S Executive əvvəlki modeldə istifadə edilən V8 mühərriklə müqayisədə 20 a.g. daha çox güc və daha çox fırlanma anı hasil edərkən, eyni zamanda 18% daha az yanacaq sərf edir. Digər tərəfdən yeni Panamera 4S Executive 420 a.g., 4,8 litr V8 mühərrikə sahibdir. Panamera Turbo Executive isə 520 at gücünə sahibdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.