Çempionlar Liqası: pley-off həyəcanı başlayır
20 Avqust 2013 08:51
Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.
Karaqanda "Şaxtyor"u "Celtic"i, "Olympique" (Lion) "Real Sociedad"ı, "Pacos de Ferreira" "Zenit"i, PSV "Milan"ı, "Viktoria" "Maribor"u qəbul edəcək.
İkinci oyun günündə Türkiyə təmsilçisi "Fenerbahçe"nin "Arsenal"la oyunu maraqla gözlənilir. Bundan əlavə, Zaqreb "Dinamo"su "Austria", "Ludogorets" "Basel"lə, "Schalke" PAOK-la, "Steaua" "Legia" ilə qarşılaşacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust
20:00. Şaxtyor (Karaqandi, Qazaxıstan) - Celtic (Şotlandiya)
23:45. Olympique (Lion, Fransa) - Real Sociedad (İspaniya)
23:45. Pacos de Ferreira (Portuqaliya) - Zenit (Rusiya)
23:45. PSV (Hollandiya) - Milan (İtaliya)
23:45. Viktoria (Çexiya) - Maribor (Sloveniya)
21 avqust
23:45. Dinamo (Zaqreb, Xorvatiya) - Austria (Avstriya)
23:45. Fenerbahçe (Türkiyə) - Arsenal (İngiltərə)
23:45. Ludogorets (Bolqarıstan) - Basel (İsveçrə)
23:45. Schalke (Almaniya) - PAOK (Yunanıstan)
23:45. Steaua (Rumıniya) - Legia (Polşa)
Milli.Az