"Samsung" iki yeniliyi bir gündə göstərəcək

18 Avqust 2013 19:02
"Samsung" şirkəti sentyabrın 4-də "Galaxy Gear" "ağıllı" saatlarını təqdim edəcək.

ICTnews.az  digit.ru saytına istinadən bildirir ki, saat-kompüter "Galaxy Note III" smartfonu ilə eyni anda təqdim ediləcək.

Şirkətin bəyanatına əsasən, "Galaxy Gear" (SM-V700) saatları "Galaxy" xəttinə məxsus smartfonlarda aksesuar kimi istifadə olunacaq və elastik ekranla təchiz edilə bilər.

Qeyd edək ki, "ağıllı" saatlar üzərində, həmçinin "Foxconn", "Kreyos" və "Google" şirkətləri işləyir. Bundan əvvəl Yaponiyanın "Sony" şirkəti bu cür saatlar istehsal edib.

Milli.Az