Göyçayda mebel sexi yandı

15 Avqust 2013 17:36
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, günorta saat 13:30-da Göyçay rayonunun Nizami küçəsində yerləşən mebel sexində yanğın baş verib. Əraziyə 4 yanğın söndürən avtomobili və canlı qüvvə cəlb olunub.

Yanğın zamanı sexdə olan taxta məmulatlarının bir hissəsi yanıb. Yanğının digər sexlərə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Milli.Az