Moskvada diplomatın meyiti tapılıb
        15 Avqust 2013 10:14 
        Moskvanın mərkəzindəki otellərdən birində Oman Sultanlığının Rusiyadakı səfirliyinin 1-ci katibinin meyiti tapılıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, avqustun 14-də Bolşaya Polyanka küçəsində yerləşən oteldə kişi meyiti aşkarlandığı haqda polisə məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları ölən şəxsin Oman səfirliyinin birinci katibi Müxənnəd Əli Hilal Əl-Əbri olduğunu müəyyənləşdiriblər.   Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Fakt üzrə araşdırma aparılır.
Milli.Az