iPhone 5S necə olacaq?

13 Avqust 2013 11:55
Apple şirkətinin yeni məhsullarına iPhone 5S və iPhone 5C adları veriləcək. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni model əvvəlki modelin dizaynında olacaq, lakin qızılı rəngdə də istehsal olunacaq.

Məlumatı Macotakara texnoloji bloqu yayıb.

Milli.Az