Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov mətbuata açıqlamasında bildirib ki, maddi zərərdən fərqli olaraq, bu növ tələblərlə bağlı məhkəmə təcrübəsində kifayət qədər problemlər mövcuddur. Bu, ölkəmizdə mənəvi zərərlə bağlı iddia tələblərinin kifayət qədər yeni olması ilə yanaşı, həmin növ zərərin özünün də mahiyyəti, yəni pulla ifadəsinin çətinliyi ilə bağlıdır.Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.