Azərbaycanda istehlak kreditləri bazarında risklərin azaldılması üçün yeni prudensial ölçülər tətbiq edilə bilər - 3D - FOTO

13 Avqust 2013 10:11
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunda istehlak kreditlərinin artımı ilə əlaqədar risklərin azaldılması üçün ehtiyac olduğu təqdirdə yeni alətlər tətbiq edə bilər. Bu barədə AMB-dən Trend-ə bildirilib.

Hazırda bankların istehlak və ekspres kreditlər portfelində artım müşahidə edilir. Mərkəzi Bank hesab edir ki, sektorda risklər məqbul zonadadır. Bununla bərabər, situasiya izlənir və eyni zamanda Mərkəzi Bank istehlakçı hüquqlarının qorunmasını da diqqətdə saxlayır.

2013-cü ilin əvvəlində Mərkəzi Bank tərəfindən faktiki illik faiz dərəcəsinin (FİFD) tətbiqi üzrə tələb müəyyən edilib. FİFD-nin məqsədi banklarda kreditlərin verilməsi zamanı borcalanlara tətbiq olunan əlavə xərclərin məcmu şəkildə vahid indikator ilə ifadə olunub. FİFD-nin tətbiqi müştərilərin öz maliyyə yükünü daha dəqiq anlamasına və nəticədə həddən artıq risk götürülməsinin qarşısının alınmasına imkan yaradacaqdır. Banklar tərəfindən səyyar məntəqələrdə bank xidmətlərinin göstərilməsi qadağan edilmişdir ki, bu, borcalanlara daha keyfiyyətli xidmət göstərməyə yönəldilib.

Mərkəzi Bank situasiyadan asılı olaraq digər alətlərin tətbiqinə də başlaya bilər. Bu alətlər sırasına aktivlərin risk dərəcəsinin ölçülməsinə konservativ yanaşma, maliyyə ehtiyatlanmasının artırılması və digər metodlar daxildir.

Milli.Az

Aşağıda Azərbaycan Mərkəzi Bankının
baku3d.az saytı tərəfindən hazırlanan 3D görüntüsü təqdim olunur.