Ən çox porno axtaranlar - SİYAHI

17 Sentyabr 2013 23:12
Dünya miqyasında internetdə porno axtarışları sürətlə artmaqdadır.
2005-ci ildə internetdəki axtarış servislərindəki arama sorğularının 30 faizi "porno" kəlməsi idisə, 2013-cü ildə bu arama sorğuları 100 faiz artıb.

Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyədə indi az qala hər kəs heç olmasa bir dəfə İnternetdə "porno" sorğusu verib.
Dünyada ən çox porno axtaranlar Papua-Yeni Qvineyada yaşayırlar. "Qara siyahı"da sonrakı yerlərdə Hindistan, Pakistan və Türkiyə var.

Türkiyənin telekommunikasiya və rabitə naziri Lsman Nihat Şenin dediyinə görə, ölkədə ən çox porno sorğuları Diyarbəkir, Erzurum və Adana vilayətlərindədir.

"Bu vilayətlərdə işsiz gənclər çoxdur. Onlar vaxtlarını internet kafelərdə keçirirlər", - nazir deyib.

Milli.Az