"Davay do svidaniya"nın erməni ifaçısı öldü
12 Avqust 2013 17:14
"Jenee" ləqəbli repçinin səhlənkarlığı daha bir nəfərin ölümünə, 7 nəfərin xəsarət almasına səbəb oldu
Tanınmış azərbaycanlı meyxanaçılar İntiqam və Ehtiram Rüstəmov qardaşlarının məşhur "Davay, do svidaniya" meyxanasını rus dilində oxuyan erməni ifaçı qəzada ölüb. Anspress-in "life.ru"ya istinadən verdiyi məlumata görə, bu Timati ilə "Davay, do svidaniya" meyxanasını rep şəkilində duet oxuyan "Jenee" ləqəbli repçi 23 yaşlı Yevgeni Melkonyandır.
Qəza elə erməni reperin səhlənkarlığı üzündən baş verib. Səhər saatlarında Moskvanın cənubunda, Andropov prospektində "BMV X5" markalı avtomaşını ilə qəza törədən erməninin 130 km/saat sürətlə hərəkət etdiyi bildirilir. O, "Ford" markalı maşınla toqquşub və nəticədə hər iki sürücü ölüb, 7 nəfər isə xəsarət alıb.
Hadisə zamanı "Ford" markalı avtomobildə 7 nəfər sərnişin olub. Sərnişinlər ağır vəziyyətdə Moskvanın müxtəlif xəstəxanalarına yarləşdirilib. Şahidlərin sözlərinə görə, maşında xəsarət alanların ikisi 15 yaşlı qızlardır.
Toqquşma zamanı avtomobillər yolun kənarına yuvarlanaraq tamamilə yararsız hala düşüblər.
Milli.Az