Bakıda qəza nəticəsində yolda hərəkət iflic oldu - FOTO

10 Avqust 2013 22:14

Bu dəqiqələrdə Zabrat yolunda "Jeep" içərisi mişar daşı ilə dolu olan "KaMAZ"la toqquşub.

Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, qəza zamanı maşında olan daşlar yola dağılıb. Bunun nəticəsində yolda hərəkət iflic olub. Əraziyə gələn yol polisi yolun açılması üçün işləyir.

Anar Məmmədov

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.