Tərtərdə əxlaqsızlıq yuvası aşkarlandı

10 Avqust 2013 16:16

Bakı sakinini döyən şəxsin əxlaqsızlıq yuvası təşkil etməsi aşkar edilib

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Bakı şəhər sakini Lyudmila Əzimova Tərtər RPŞ-nə ərizə ilə müraciət edərək Səhləabad kənd sakini Xalid Ağayarov tərəfindən döyüldüyünü bildirib.

Araşdırmalar zamanı X.Ağayarovun gəlir əldə etmək məqsədi ilə yaşadığı evdə L.Əzimovanı fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Milli.Az