Lakin ildırım vurandan sonra sağ qalanlar da az deyil.
Onlara nə olur, onlar nə hiss edirlər?
Milli.Az AHT-yə istinadən bildirir ki, ildırım səma ilə yer arasındakı elektrik boşalmasıdır.
Sadə dillə desək, kiçik ildırımda belə, 1 milyard voltluq elektroenerji var. İldırım insanın ürəyini dayandıra bildiyi təki, daxili orqanlarını da yandrır
ABŞ-da ildırımdan ölənlərin sayı hər il 30-40 nəfər arasındadır. Onların 85 faizi kişilərdir.
Ən böyük təhlükə altında olanlar isə ildırım vuranda açıq yerdə olanlardır.
Britaniyada hər il təqribən 60 nəfəri ildırım vurur, onların əksəriyyəti sağ qalır.
Kral Hərbi-Hava Qüvvələrinin təşkil etdiyi bir mərasimdə böyük qazanda əsgərlər üçün sosiska qaynadan 64 yaşlı Erik Broklbenk də ildırım vurmuş insanlardan biridir.
"Olay zamanı metal çəngəli sudan çıxarıb əlimdə tutmuşdum. Çadırdan aralıdaydım. İlırım vurdu və əlimdəki çəngələ dəydi. Çəngəl əlimdə əriyirdi", - Broklbenk deyib.
İldırım vuran insanlarda elektrik axını izləri bədəndə "Lixtenberq fiquru" adlı izlər qoyur.
"İldırım ağacı" və ya "İldırım çiçəyi" adlanan bu izlər qan damarları ilə kapilyarların ildırım nəticəsində partlamasından yaranır.
Milli.Az