Ziqmund Freyd: "Uşaq ən çox nəyi sevir?"

10 Avqust 2013 14:48
Ziqmund Freyd elmi yaradıcılığının əhəmiyyətli hissəsini yuxunun psixologiyasını kəşf etməyə ayırdı.

Ancaq 1908-ci ildə bütün diqqətini fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtəyə yönəltdi. Elə həmin il bu yöndə araşdırmalar aparan Freyd "Yaradıcı yazıçılıq və xəyal qurma" adlı bir məqalə yazdı. Onun nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da, Freyd hələ də müasir psixologiyada əhəmiyyətli yer tutmaqda davam edir.

Milli.Az Modern.az-a istinadən bildirir ki, təxmin edildiyi kimi, Freyd əvvəl bu sahədə işə başladı və yazıçıların yaradıcılıq qabiliyyəti ilə uşaq fantaziyası arasındakı oxşarlığı sübut etdi.

"Uşaqlıq dövründə xəyal qurma prosesinin ilk izlərinə baxmısızmı? Uşağın ən sevdiyi və ən diqqət etdiyi iş oyun oynamaqdır. Bizlər hər uşağın oyun oynayarkən yaradıcı bir yazar kimi davrandığını, öz dünyasını yaratdığını, bu səbəbdən də özünü xoşbəxt edən şeyləri yenidən təşkil etdiyini söyləyə bilərikmi? Bir uşağın öz qurduğu dünyanı ciddi qəbul etmədiyini düşünmək səhv olar.

Bunun əksinə, hər uşaq öz oynadığı oyunu ciddi qəbul edir və işin içinə duyğularını da qatır. Oyunun ziddi ciddi olan deyil, gerçək olandır.

Hər uşaq oyun dünyasına qatdığı duyğularını həqiqətdən yaxşı bir şəkildə ayırır və xəyal etdiyi obyektlər, hadisələr ilə gerçək dünyanın konkret və görülə bilən şeyləri arasında əlaqə qurmağı sevir. Məhz bu əlaqələr uşaq oyununu fantaziyadan ayırır. Yaradıcı yazar da bir uşağın oyun oynayarkən etdiyini edir. O, ciddi qəbul etdiyi bir fantaziya dünyası yaradır və onu həqiqətdən kəskin bir şəkildə ayıraraq duyğularını qatır"

Freyd daha sonra, Henry Millerin ondan 30 il sonra etdiyi yaradıcı prosesin zaman kateqoriyasına diqqət edir: "Fantaziyanın zamanla əlaqəsi çox əhəmiyyətlidir. Fantaziya bizim anlaya bildiyimiz 3 zaman arasında var-gəl edən bir məfhumdur. Şüur aid olduğu predmetin təməl arzularını hərəkətə keçirən bəzi aktual situasiyalarla qarşılıqlı əlaqədədir.

Predmetin (Obyektin) təməl arzularını hərəkətə gətirən bir vəziyyət meydana gəldiyində şüur yaddaşda yer alan bu arzunun təmin edildiyi daha əvvəlki təcrübələrə geri dönər və o ankı arzunu təmin edəcək gələcəklə əlaqəli bir vəziyyət yaradar. Beləcə keçmiş, indiki və gələcək zamanlar içlərindən keçən arzu sayəsində bir mərkəzdə yer alır".

Freyd yaradıcılıqla oyunun paralelliyini sintez edir: "Yaradıcılığa söykənən yazıçılıq uşaqlıqda oynanan oyunun davamıdır. Yazıçılıq sonradan uşaq oyununun yerini alır".

Freyd bizim xəyallarımızın gizli təbiətini araşdırmağa davam edir və arzularımızı başqalarıyla paylaşmamıza maneə törədən bir utancaqlığın olduğunu iddia edir.

Ayrıca Freyd yaradıcı yazarın fantaziyalarını açıqlayarkən alınan zövqü necə aşdığını da açıqlayır: "Yazarın bunu necə bacardığı onun ən müqəddəs sirridir; təməl sənət Poetikası, hər bir eqosuyla digərləri arasında yüksələn maneələr ilə əlaqə quran bizlərin iyrənmə hissini aşma texnikasını kəşf etməmizdən asılıdır.

Yazar öz eqoistik xəyallarının xarakterini dəyişdirərək, ya da gizləyərək yumşaldır və bizi fantaziyalarının axarıyla estetik bir aləmə aparır.

Biz daha dərinlərdəki ruhi mənbələrdən əldə edilən daha böyük həzləri mümkün edən bu vəziyyətə təşviq payı və ya ön həzz adını verərik. Yazarın fantaziyasından yaranan dünya şüurumuzun zəifliyindən dolayı bizlərə öz müsbət nəticəsini göstərə bilir. Belə ki, onun xəyal dünyasından yaranmış, şüurundan hasil olan yazını oxuyarkən bizim özümüzdə xəyal qurma və bu xəyallardan ləzzət alma imkanını yaradır".

Milli.Az