Məşhur adada iki turist qızın üzlərini korladılar - FOTO

9 Avqust 2013 20:42
Afrikanının şərq sahillərindəki Zanzibar adasında Britaniya vətəndaşları olan iki qız xəstəxanaya düşüb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Tanzaniyanın Zanzibar adasında istirahətdə olan 18 yaşlı Keyt Gi və onun rəfiqəsi, yaşıdı Kristi Trapın üzlərinə turşu atıblar.

Ağır yanıq xəsarətləri almış qızları Aga Khan Hospital-a aparılıblar.

Tanzaniya DİN-in yetkilisi Mkadam Xamisin dediyinə görə, hadisə Zanzibar adasında turistlər arasında populyar Stoun Taun bölgəsində yaşanıb.

"Onlara turşu atan iki şəxs olub. Cinayətkarlar hadisə yerindən motosikletdə qaçıblar", - Xamis deyib.

Ekspertlər isə bildirirlər ki, həmin şəxslər Zanzibarın Tanzaniyadan ayrılmasını tələb edən ekstremist qruplaşmanın üzvləri ola bilərlər.

Keyt Gi və Kristi Trap "Jewish Women's Aid" humanitar təşkilatının volontyorları kimi Tanzaniyaya yollanmışdılar.

Zanzibarda ilin əvvəlindən bəri qadınlara 3 dəfə turşu atılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: Daily Mail