Çempionlar Liqasında cütlüklər bəlli oldu: "Fənərbağça"ya çox çətin rəqib qismət oldu - YENİLƏNİB

9 Avqust 2013 15:03
15:03

Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Püşkatma nəticəsində aşağıdakı cütlüklər formalaşıb:
 
Dinamo (Zaqreb) - Austria
Ludogorets - Basel
Viktoria - Maribor
Şaxtyor (Karaqandi) - Celtic
Steaua - Legia
 
Olympique (Lion) - Real Sociedad
Schalke - Metallist
Pacos de Ferreira - Zenit
PSV - Milan
Fenerbahçe - Arsenal

---------
09:35

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq 20 klub bir-birinə rəqib olacaq.
 
Qeyd edək ki, onlardan 15-i üçüncü təsnifat mərhələsində qələbə qazanan kollektivlərdir: Basel (İsveçrə), Steaua (Rumıniya), Maribor (Sloveniya), Şaxtyor (Karaqanda, Qazaxıstan), Fenerbahçe (Türkiyə), Ludogorets (Bolqarıstan), Olympique (Lion, Fransa), Austria (Avstriya), Zenit (Rusiya), Dinamo (Zaqreb, Xorvatiya), Metallist (Ukrayna), Celtic (Şotlandiya), Viktoria (Çexiya), Legia (Polşa), PSV (Hollandiya).
 
Adı çəkilən 15 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 5 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsinə 10 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər. Pley-off mərhələsindən mübarizəyə qoşulan kollektivlər isə bunlardır: Arsenal (İngiltərə), Milan (İtaliya), Schalke (Almaniya), Real Sociedad (İspaniya), Pacos de Ferreira (Portuqaliya).
 
Çempionlar Liqası
Pley-off mərhələsi
20-21 avqust/27-28 avqust
 
Çempion komandalar
 
Səpələnmişlər: Basel (İsveçrə), Celtic (Şotlandiya), Steaua (Rumıniya), Viktoria (Çexiya), Dinamo (Zaqreb, Xorvatiya).
 
Səpələnməmişlər: Austria (Avstriya), Legia (Polşa), Maribor (Sloveniya), Ludogorets (Bolqarıstan), Şaxtyor (Karaqandi, Qazaxıstan).
 
Qeyri-çempion komandalar
 
Səpələnmişlər: Arsenal (İngiltərə), Olympique (Lion, Fransa), Milan (İtaliya), Schalke (Almaniya), Zenit (Rusiya).
 
Səpələnməmişlər: PSV (Hollandiya), Metallist (Ukrayna), Fenerbahçe (Türkiyə), Real Sociedad (İspaniya), Pacos de Ferreira (Portuqaliya).

Milli.Az