Avroliqada üçüncü təsnifat mərhələsi bitdi: "Trabzonspor" da keçdi

9 Avqust 2013 08:56
UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın səfərdə İsveç "Gefle"si ilə qarşılaşdığı gündə qitə arenalarında daha 28 oyun keçirilib.
 
Türkiyə təmsilçilərindən "Trabzonspor" səfərdə minimal hesabla məğlub etdiyi Minsk "Dinamo"sunu bu dəfə öz meydanında qəbul edib və heç-heçə sayəsində də olsa, mərhələ keçib. "Bursaspor" isə səfərdə sülh bağladığı "Vojvodina"ya evdə darmadağınla uduzaraq, mübarizəni erkən dayandırıb.
 
"İnter"i mübarizədən kənarlaşdıran Norveç "Tromse"si səfərdə "Differdange" ilə qarşılaşmada çətinliklə də olsa, mərhələ adlayıb. "Xəzər Lənkəran"ı biabır edən Hayfa "Maccabi"si isə evdə "Ventspils"i darmadağın edib.
 
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunları)
8 avqust
 
Zilina (Slovakiya) - Rijeka (Xorvatiya) - 1:1 (1:2)
Qollar: Mihalik, 89 - Pokrivaç, 50.
 
Astra (Rumıniya) - Trencin (Slovakiya) - 2:2 (3:1)
Qollar: İvanovski, 86, Tembo, 89 - Adi, 83, Kessel, 88.
 
Dila (Gürcüstan) - Hajduk (Xorvatiya) - 1:0 (1:0)
Qol: Dolidze, 83.
 
Rubin (Rusiya) - Randers (Danimarka) - 2:0 (2:1)
Qollar: Navas, 18, Yeryomenko, 86.

Metallurg (Donetsk, Ukrayna) - Kukesi (Albaniya) - 1:0 (0:2)
Qol: Dimitrov, 27.
 
Maccabi (Hayfa, İsrail) - Ventspils (Latviya) - 3:0 (0:0)
Qollar: Smirnov, 35-öz qapısına, Rao, 41; 53.
 
Milsami (Moldova) - Saint-Etienne (Fransa) - 0:3 (0:3)
Qollar: Brandao, 29, Hamuma, 39, Nikolita, 69.
 
Hapoel (Ramat Qan, İsrail) - Estoril (Portuqaliya) - 0:1 (0:0)
Qol: Evandro, 11-pen.
 
Hapoel (Təl-Əviv, İsrail) - Panduri (Rumıniya) - 1:2 (1:1)
Qollar: Damari, 21-pen - Erik, 34, Aleksandru, 50.
 
Kuban (Rusiya) - Mothervell (Şotlandiya) - 1:0 (2:0)
Qol: Makmanus, 51-öz qapısına.
 
Lech (Polşa) - Jalgiris (Litva) - 2:1 (0:1)
Qollar: Teodorçik, 87, Periç, 90-öz qapısına - Lelyuqa, 29.
 
Bursaspor (Türkiyə) - Vojvodina (Serbiya) - 0:3 (2:2)
Qollar: Omaru, 10, Vranyes, 29, Kaludyeroviç, 83.
 
Differdange (Lüksemburq) - Tromse (Norveç) - 1:0 (0:1) (penaltilərlə - 3:4)
Qol: Er Rafik, 46.
 
Thun (İsveçrə) - Hacken (İsveç) - 1:0 (2:1)
Qol: Sanoqo, 69.
 
Zürich (İsveçrə) - Slovan (Çexiya) - 1:2 (1:2)
Qollar: Çermiti, 17 - Fridek, 64, Ribalka, 85.
 
Malmö (İsveç) - Swansea (İngiltərə) - 0:0 (0:4)
 
Stromsgodset (Norveç) - Jablonec (Çexiya) - 1:3 (1:2)
Qollar: Kamara, 71  Hubnik, 16, Vanek, 81, Pitak, 90.
 
Trabzonspor (Türkiyə) - Dinamo (Belarus) - 0:0 (1:0)
 
Vitesse (Hollandiya) - Petrolul (Rumıniya) - 1:2 (1:1)
Qollar: Heyden, 72 - Budjema, 21, Qrozav, 90.
 
Stuttgart (Almaniya) - Botev (Bolqarıstan) - 0:0 (1:1)
 
Crvena Zvezda (Serbiya) - Chernomorets (Ukrayna) - 0:0 (1:3)
 
Mladost (Monteneqro) - Sevilla (İspaniya) - 1:6 (0:3)
Qollar: Paviçeviç, 90 - Samperio, 10, Rusesku, 23; 39, Rabello, 33, Koke, 37;60.
 
Rapid (Avstriya) - Asteras (Yunanıstan) - 3:1 (1:1)
Qollar: Petsos, 26, Şaub, 62; 85 - Qratsini, 57.
 
Standard (Belçika) - Xanthi (Yunanıstan) - 2:1 (2:1)
Qollar: Bulot, 53, Kamarqo, 70 - Qusman, 84.
 
Brugge (Belçika) - Slask (Polşa) - 3:3 (0:1)
 
Saint Johnstone (Şotlandiya) - Minsk (Belarus) - 0:1 (1:0) (penaltilərlə - 2:3)
Qol: Miloş, 75.
 
Udinese (İtaliya) - Şiroki Brijeg (Bosniya və Hersoqovina) - 4:0 (3:1)
Qollar: Di Natale, 9, Latsari, 82, Basta, 86, Vidra, 90.
 
Breidablik (İslandiya) - Aktobe (Qazaxıstan) - 1:0 (0:1) (penaltilərlə - 1:2)
Qol: Finnur, 27.

Milli.Az