"Yay Təcrübə" proqramı tələbələrin inkişafına müsbət təsir edir

12 Avqust 2013 10:00

Hər il olduğu kimi, 2013-cü ilin yay aylarında Holcim (Azərbaycan) şirkəti tələbələr üçün yay təcrübə proqramını icra etməkdədir.


"Məsuliyyətli şirkət olaraq biz tələbələrin bilikərini artırmasına və professional karyeranın inkişafına birbaşa töfhə verməyə çalışırıq. Bir neçə ay ərzində tələbələr Holcimin sement zavodunda praktiki bacarıqları artırır, Avropanın ən qabaqcıl quru istehsal üsullu texnologiyasının işləmə mexanizmini öyrənir, beynəlxalq şirkət mühiti ilə tanış olur və şirkətdaxili prosesləri və iş bölgüsünü görürlər", - şirkətin İnsan Resursları şöbəsinin direktoru cənab Ruslan Ağabəyli bildirmişdir.


Seçilmiş gənclər birbaşa olaraq bir sıra texniki və dəstək şöbələrinin menecerlərinin nəzarəti ilə fəaliyyət göstərirlər. 2-3 ay davam edəcək ödənişli yay təcrübə proqramı Azərbaycanın 6 universitetindən və eyni zamanda xaricdə oxuyan vətəndaşlarımızdan təşkil olunmuşdur.
 

"Laboratoriyada olan təcrübə kifayət qədər genişdir. Biz universitet zamanı əldə etdiyimiz bacarıqlara əlavə olaraq hazırda istehsalatın detallı komponentləri ilə tanış oluruq. Laboratoriya bizə sementin keyfiyyətini yoxlamağa və müxtəlif testlər etməyə imkan yaradır. Bu, bizim üçün çox önəmlidir", - təcrübə proqramında iştirak edən Günel bildirmişdir.

Holcim (Azərbaycan) şirkətinin istehsal üzrə aparacı mühəndisi Ehtiram müəllim müsahibə zamanı qeyd etdi ki, hazırkı tələbələr kifayət qədər güclüdür və mükəmməl konseptual bazaları vardır: "Bizim yay proqramı ilə onlar praktiki biliklər əldə edərək əmək bazarında daha rəqabətli olurlar".
 

Holcim (Azərbaycan) öz dəyərlərinə sadiq qalaraq işçilərin inkişafına şərait yaratmaqla ən cəlbedici işə götürən şirkət olmaqdadır.

Holcim - Sement istehsalında 100 ildən artıq dünya təcrübəsi!