Levandovski Messi deyil

7 Avqust 2013 09:41
Almaniyanın "Bayern Münhen" ("Bavariya") komandasının keçmiş baş məşqçisi Ottmar Hitsfeld bu fikirdədir ki, Dortmund "Borussiya"sının forvardı Robert Levandovski yeni baş məşqçi Xosep Qvardiolanın oyun sxemlərinə uyğun gəlmir.

Milli.Az Sports-a istinadən bildirir ki, Hitsfeld deyib:

""Bavariya"ya Levandovski lazım deyil. Ötən mövsüm komanda sübut elədi ki, onsuz da xeyli güclüdür.

Mənim ən çox xoşuma gələn Mancukiçdir. O, özünü komandada tapıb və qalib mentaliteti yaradıb. Əgər Qvardiola Mancukiçi indi 9 nömrənin mövqeyində oynatmırsa, Levandovski hansı oyun praktikasına ümid edə bilər?

Polşalı da məhz əsl 9-luq oynayır. O, Lionel Messi deyil. Və mənə çox maraqlıdır - Qvardiolanın sisteminə Levandovski lazımdırmı?"

Xatırladaq ki, ötən mövsüm polşalı forvard "Bavariya"ya keçəcəyi təqdirdə komandasının ona maneə yaratmayacağı barədə klubla razılığa gəlmişdi. Ancaq sonra dortmundluların rəhbərliyi qərarını dəyişmiş və forvardı müqavilə üzrə daha bir il işləməyə məcbur etmişdi.
 
Milli.Az