İlham Mirzəyev: "Niyə gül kimi dayımqızını o oğlana sırımalıydım ki? "

6 Avqust 2013 16:53
Məşhur teleaparıcı və psixoloq İlham Mirzəyev Publika.az-a açıqlama verib.

Teleaparıcı dayısı qızının qayınanası Lyudmila Bahədddin qızı Əliyevanın onun haqqında söylədiklərini şər-böhtan adlandırıb.

Bu şər-böhtandır, baxmayaraq ki, mən Analara hörmətlə yanaşıram, o anaya da hörmətim var. Neyləsin ki, övladı cinayətkardır. Mən əlimdə qələm tutmuşam, onun övladı kimi bıçaq yox. O ananın söylədiklərində həqiqət yoxdur. Niyə mən özümün gül kimi dayımqızını o oğlana sırımalıydım ki? O oğlana gül kimi qız lazım idi, yalvarıb aldılar ki, toydan pul yığsınlar. Dayım qızı ev qızı idi və aldılar ki, başına qapaz vursunlar.

Videoda Lyudmila Əliyevanın dediyi kimi İlham Mirzəyevin "Bıçağı sox qarnına, arxanda durmuşam" kəlməsinə psixoloq bunun montaj olduğunu dedi: "O qədər verilişlər olub ki, davada nə dediyimi bilməmişəm. Ola bilsin həmin verilişdən götürüb mənə qarşı istifadə ediblər.  Mən qanunlarımıza güvənirəm və qanunun aliliyinə inanıram. Yalan ayaq tutar, amma yeriməz".

Milli.Az