Hakerlər unitazlara da müdaxilə edirlər

6 Avqust 2013 21:55
Trustwave SpiderLabs şirkətinin mütəxəssisləri ağıllı Satis unitazının təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər. Məlum olub ki, kibercinayətkarlar yaponların bu texnika möcüzəsinin idarə edilməsinə kənardan müdaxilə edə bilərlər.

Trustwave SpiderLabs şirkəti unitazlarda boşluğu çoxdan aşkar edib, lakin mütəxəssislər istehsalçı ilə əlaqə saxlayaraq bu barədə onlara məlumat veriblər. Sözügedən cihazın istehsalçısı, Yaponiyanın Lixil firması xəbərdarlıqlara heç bir reaksiya vermədiyinə görə mütəxəssislər boşluq barədə məlumatları dərc etməyə qərar veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, satis unitazları Android platforması ilə işləyən smartfonlara quraşdırılmış My Satis tətbiqi vasitəsilə idarə olunur. Belə ki, əmrlər qurğuya Bluetooth vasitəsilə ötürülür.

Kibercinayətkar sahibdən icazəsiz unitazda suyu yuyub apara bilər. O, həmçinin məsafədən ventilyatoru aktivləşdirə, musiqini qoşa bilər.

Milli.Az