Azərbaycanda fiziki şəxs barəsində maliyyə sanksiyası tətbiq edilib
6 Avqust 2013 15:39
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.
Məlumat verildiyi kimi, fiziki şəxs Səbinə Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı "LOUİS VUİTTON MALLETİER" şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilmiş və qanun pozuntuları aşkar edilib.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs Səbinə Cəfərovaya 2,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Milli.Az