İran Suriyaya növbəti dəfə yardım etdi

2 Avqust 2013 20:24
İran Suriyaya növbəti humanitar yardım göndərib.

Milli.Az xəbər verir ki, APA-nın İRNA-ya istinadən məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 5-ci yardım paketinə müxtəlif dərmanlar, tibbi preparatlar və ləvazimatlar daxildir.

İranın Suriyadakı səfiri Seyid Məhəmməd Kazımi bildirib ki, humanitar yardım paketinə 50 ədəd təcili tibbi yardım maşını da daxildir: "Hazırda Suriyaya iqtisadi sanksiyalar tətbiq edilib. Ona görə də Suriyaya xalqına humanitar yardım göndərmək İranın vəzifəsidir".

Milli.Az