Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısı açıqlandı

2 Avqust 2013 19:48
Avqustun 2-də Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin siyahısını açıqlayıb.

Milli.Az-ən məlumatına görə, XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirblər ki, siyahıda Almaniya Berlin Akademiyasının prezidenti Eckart D. Stratensşult, Heinrich-Böll Fondunun Cənubi Qafqaz üzrə regional bürosunun rəhbəri İris Kempe, İran İslam Respublikası parlamentinin deputatı Rubik Sardaryan, Slovakiya parlamentinin üzvü Frantişek Mikloşko, Argentina parlamentinin deputatı Xose Arbo, Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin olmaqla, ümumilikdə, 335 nəfərin adı yer almışdır.

Siyahıda siyasətçilər, jurnalistlər, tələbələr və digər sahələr üzrə müxtəlif xarici ölkələrdən olan, eləcə də bir sıra beynəlxalq təşkilatları təmsil edən şəxslərin adları var.

Milli.Az