Litvanın iki səfiri Renatas Yuşka və Arsturas Jurauskas Litva Xarici İşlər Nazirliyinə çağırılıb
20:16
Trend-in Delfi.lt saytına istinadən verdiyi məlumata görə, buna səbəb XİN Baş Müfəttişliyinin adıçəkilən diplomatların söhbətinin lent yazısının Youtube.com saytında yayıması məsələsi üzrə araşdırmaya başlamasıdır.
XİN-in mətbuat katibi Rasa Yakilaytene səfirlərin istefası ilə bağlı bəyanatın alınıb-alınmadığı sualını cavablandırarkən deyib ki, hazırda araşdırma aparılır. O, əlavə şərh verməkdən imtina edib.
Daha əvvəl yayılan məlumata görə, telefon danışıqları yayılan iki diplomat - Litvanın Macarıstandakı səfiri Renatas Yuşka və Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas öz vəzifələrindən gedirlər və bununla bağlı istefa ərizəsi yazıblar.
Hər iki diplomat hazırda tətildədir. Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Jurauskas iyulun 15-dən avqustun 19-dək tətildədir, Macarıstan səfirliyindən isə qeyd ediblər ki, Yuşaka avqustun 1-dən tətildədir.
Qeyd edək ki, "YouTube" saytına iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.
Həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər.
Bütün lent yazıları ingilis dilində subtitrlə verilib.
APA-nın "Delfi" saytına istinadən verdiyi məlumata görə, XİN-in açıqlamasında deyilir ki, bu addımı ilə səfir təmsil etdiyi ölkənin və şəxsən özünün nüfuzuna xələl yetirməsinin qarşısını almaq istəyir: "Diplomat anlayır ki, yaranan vəziyyət onun işinin lazımi səviyyədə davam etdirilməsini çətinləşdirir".
Litva xarici işlər naziri Linas Linkyaviçüs isə səfirin bu addımının hörmətə layiq olduğunu bildirib.
Qeyd edək ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.
Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.
Milli.Az