179 adamı olmayan "bomba" ilə qorxutdular

8 Avqust 2013 11:17

ABŞ-ın "US Airways" aviaşirkətinin təyyarəsi uçuşu yarımçıq saxlayaraq eniş edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, İrlandiyanın Şennon şəhərindən ABŞ-ın Pensilvaniya ştatındakı Filadelfiya şəhərinə uçan təyyarə səmada olanda göyərtədə bomba olması barədə xəbər alıb.

Xəbəri polisə zəng vurmuş naməlum şəxs vermişdi.

Layner hava limanının təcrid edilmiş hissəsinə yönəldilib. Polislər təyyarəyə baxış keçiriblər və heç nə tapmayıblar.

Təyyarədə 171 sərnişin və 8 heyət üzvü vardı.

Federal Təhqiqat Bürosu "zarafatcıl" şəxsi axtarır.

Milli.Az