Müğənnimiz ana olmaq istəyir

2 Avqust 2013 18:59

Müğənni Emma Ələkbərzadə ana olmaq istədiyini bildirib

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ATV telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasında deyib.

Həyat yoldaşı Emillə kamera qarşısına keçib, müsahibə verən Emma ailə həyatından danışıb:

"Çox xoşbəxt ailəm var. Maraqlı günlər yaşayıram. Artıq qərar vermişik, valideyn olmaq istəyirik. Övladım hansı ölkədə dünyaya gəlsə, bunu tamaşaçılarımla bölüşəcəm".

Emma rəqs etməyi, cəmiyyət içərisində çox gəzməyi xoşladığını deyib:

"Komplekssiz insanam. Küçədə hamının məni tanımasından sıxılmıram. Xoşlayıram gedim klubda rəqs edim, sərbəst olum. Bunu edirəm də".

Milli.Az