Kanales Çili klubuna keçdi

2 Avqust 2013 18:55

Milli.Az sportnews-a istinadən xəbər verir ki, "Neftçi" klubunun sabiq hücumçusu Nikolas Kanales karyerasını vətəni - Çilidə davam etdirəcək. 28 yaşlı futbolçu Çilinin "Universidad" klubu ilə prinsipdə anlaşıb.
 

Yaxın günlərdə Kanaleslə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Qeyd edək ki, ötən mövsüm "Neftçi"nin heyətində 31 oyuna çıxan Kanales 26 qola imza atıb.

Milli.Az