Azərbaycanlı jurnalist həbs olundu

2 Avqust 2013 17:57

Sərdar Əlibəyli barəsində həbs-qətimkan tədbiri seçilib

"Nota-Bene" qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs olunub.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün Xətai rayon Məhkəməsi S.Əlibəylinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, S.Əlibəyli bir gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

Milli.Az