Lalə Hüseynova: "V Qəbələ Beynəlxalq Musiqi festivalının iştirakçısı olmağı çox arzulayırdım"

2 Avqust 2013 18:50

"Bundan əvvəl Qəbələdə keçirilmiş dörd beynəlxalq musiqi festivalı haqqında etmişdim. Növbəti festivalın iştirakçısı olmağı çox arzulayırdım"

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyə Cümhuriyyət Universitetinin dosenti, skripkaçı Lalə Hüseynova AzərTAc-a müsahibəsində deyib.

O, festivalın proqramına əlavə edilmiş daha bir yeniliyi, dahi musiqiçilərin, bəstəkarların yubiley tədbirlərinin keçirilməsini xüsusilə vurğulayıb.

Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Lalə Hüseynova avqustun 6-dək davam edəcək bu böyük incəsənət bayramının tamaşaçılara xoş anlar bəxş etdiyini bildirib.

Lalə Hüseynova çıxışının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmasından məmnun olduğunu bildirərək deyib:

"Burada biz bir daha Azərbaycan musiqisinin ecazkarlığının şahidi olduq. Əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi Qəbələ festivalının mədəniyyətlərarası dialoqa öz töhfəsini verdiyini bir daha təsdiqləyir".

Milli.Az