APA-nın xəbərinə görə, TQDK-nın rəsmi facebook səhifəsində verilən xəbərdə bildirilir ki, bununla əlaqədar olaraq "Magistr" jurnalının 6-cı sayı növbəti həftənin əvvəlində işıq üzü görəcək. Həmin nəşrdə magistraturaya boş qalmış yerlərə əlavə yerləşdirmə barədə elan, boş yerlərin siyahısı və müsabiqə şərtləri dərc olunacaq.Gələn həftədən etibarən ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə əlavə qəbul başlayacaq