Bakıda təbii qaz təchizatında məhdudiyyətlər var

2 Avqust 2013 18:18

Bakının bir sıra rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər var

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dan "Böyük-Şor" və "30-cu sahə" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Sabunçu, Nizami və Nərimanov rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az