Ermənistan polisi İrəvan meriyasının qarşısında keçirilən oturaq aksiyaya sərt müdaxilə edib. Ermənistan mətbuatının yaydığı xəbərə görə, meriyanın qarşısında çadır qurmaq istəyən aksiyaçıların çadırları polis tərəfindən müsadirə olunub, bəzi aksiyaçılar isə saxlanılaraq bölməyə aparılıb.Hadisə zamanı etirazçı qadınlardan biri huşunu itirərək yıxılıb