İş axtaran 8 qadın zorlandı

2 Avqust 2013 18:03
Elanla təmizlik işi axtaran 8 qadın iş adı ilə biriləri ilə görüşüb məşəyə getdikdə təcavüzə məruz qalıblar
Bu hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Milli.Az AHT-yə istinadən xəbər verir ki, şübhəli şəxslər bir qadını Kocaeliyə apararkən yanacaq doldurma mərkəzində kameralara düşüblər.

30 iyul tarixində Asayiş Qoruma Mərkəzinə iki qadın gələrək ifadə veriblər: "Təmizlik işi üçün elan verdik və bir neçə gün sonra işlə bağlı bizə zəng gəldi, görüş təyin olundu.

İki kişi ilə görüşdüyümüz gün bizi meşəliyə apararaq orada təcavüz etdilər".

Güvənlik kameralarına düşən şübhəli şəxslər araşdırıldıqdan sonra aydın olub ki, bu insanlar bundan əvvəl daha 6 nəfərə bu şəkildə görüş təyin edib təcavüz ediblər.

Milli.Az