Komitə sədri Yevlaxda vətəndaşları qəbul edib
2 Avqust 2013 18:05
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Ağdaş, Ucar, Xocalı, Xocavənd, Göyçay, Laçın və Zərdab rayonlarından olan 60-a yaxın vətəndaş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun qəbulunda olub.
El televiziyasının məlumatına görə, qəbul zamanı vətəndaşlar şikayət və təkliflərini komitə sədrinin diqqətinə çatdırıblar. Müraciətlər, əsasən, torpaq islahatı ilə bağlı müvafiq sənədlərdə yol verilən texniki qüsurların aradan qaldırılması, qış otlaq sahələrinin sərhədlərinin dəqiq müəyyənləşdirilməməsi və digər bu kimi məsələlərlə bağlı olub. Şikayətlərin bəziləri yerində həll edilib, bir qismi isə aidiyyəti üzrə araşdırma aparılması üçün qeydiyyata alınıb. Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin sədri Qərib Məmmədov vətəndaşları narahat edən məsələlərin həllinin vacibliyindən danışıb.
Milli.Az