Həsən Ruhani: "İsrail məhv edilməlidir"
2 Avqust 2013 17:22
İranın yeni seçilmiş prezidenti Həsən Ruhani avqustun 2-si Tehranda "Qüds günü" yürüşünə qatılaraq jurnalistlərə açıqlamasında İsraildən danışıb.
"Media forum" saytının məlumatına görə, Həsən Ruhani deyib ki, İsrail islam dünyası üçün bir yaradır:
""Qüds günü" insanlar islam dünyasının birliyini nümayiş etdirir, hər bir zülm və təcavüzə qarşı müqavimət göstərirlər. İsrail bizim bölgədə islam dünyasının bədənində əmələ gəlmiş bir yaradır və məhv edilməlidir. Fələstini işğal edən sionist rejim öz təcavüzünü davam etdirir. Məhz buna görə də "Qüds günü" müsəlmanlara öz tarixi hüquqlarını unutmamağa, zülm və təcavüzə qarşı müqavimətə çağırır".
Avqustun 2-də Tehranda və bir sıra digər şəhərlərdə keçirilən yürüşlərə İranın bir sıra rəsmiləri qatılıblar. Yürüşdə Qərbə, o sıradan da Amerika və İsrailə qarşı şüarlar səsləndirilib.
"Qüds günü" ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan bu cür təbdirlər hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.
Milli.Az