Himn üçün müsabiqə elan edildi
2 Avqust 2013 17:56
İsveçrədə ölkənin yeni himninin musiqisinin və sözlərinin yazılması üzrə müsabiqə elan olunub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İsveçrədə fəaliyyət göstərən, sosial və xeyriyyə məqsədli layihələr həyata keçirən qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Yeni musiqi və şeirlər barədə təkliflərin qəbuluna 1 yanvar 2014-cü ildən başlanılacaq. Müsabiqə elə həmin ilin iyun ayına qədər davam edəcək. Bundan sonra 20 nəfərdən ibarət münsiflər heyəti ən yaxşı variantı seçəcək.
Milli.Az