Özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifətçinin Milli Şurasında son vaxtlar qarşıdan gələn prezident seçkilərinin boykot edilməsi barədə fikirlər səsləndirilir. Qurumun vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsini müşahidə edən müxalifət təmsilçiləri, xüsusən də AXCP fəalları Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizəd olmasındansa, boykota üstünlük verilməsini daha doğru yol sayırlar.Partiya sədrlərinin fikrincə, bu, qarşı tərəfin gücsüzlüyünü göstərir və dövrün tələblərinə uyğun siyasi mübarizə üsulu deyil