Milli Kino Günü ilə bağlı müsahibə üçün İlqar Fəhmini təsadüfən seçmədik. Ən azı avqustun 2-də "Azərbaycan" kinoteatrında onun ssenarisi əsasında rejissor Eldar Quliyevin çəkdiyi "Dərvişin qeydləri" filmi nümayiş etdiriləcək. Bu ərəfədə hamının yazıçı, şair və tərcüməçi kimi tanıdığı İlqar Fəhmi ilə biz sırf kino söhbəti etdik.İlqar Fəhmi: "Kinonu hiss etmək üçün mənə iki il vaxt lazım olub"