Şirvan şəhərində vergi dostları layihəsinin iştirakçıları ilə görüş keçirilib
2 Avqust 2013 17:32
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, tədbirdə Şirvan, Sabirabad, Saatlı, Salyan, Hacqabul və Neftçala rayonlarının orta ümumtəhsil məktəblərindən seçilən müəllimlər iştirak ediblər.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkəmizin davamlı sosial-iqtisadi inkişafında vergi siyasətinin rolundan danışıb. O, 2013-2020-ci illərdə vergi sisteminin inkişaf və strategiyası, o cümlədən vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələrdən danışıb. Vergi inzibatçılığının qarşısının alınmasında müasir texnologiyalardan geniş istifadə olunduğunu söyləyən müşavir vergi orqanları tərəfindən vergi ödəyicilərinə 49 növ xidmət göstərildiyini və gələcəkdə bunun 57-yə çatdırılacağını söyləyib.
Sonda 164 vergi dostu ilə vergi orqanı arasında əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalanıb. Həmçinin bildirilib ki, bu günə kimi 700-dək vergi dostu ilə təlimlər keçirilib və onlara sertifikatlar verilib.
Milli.Az